“Onlar hələ yaşaya bilərdilər!” mövzusunda vebinar keçirilib - FOTO

Noyabrın 18-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə fəaliyyət planına uyğun olaraq Milli Avtomobil Klubu (AMAK) ilə birgə Umumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş “Onlar hələ yaşaya bilərdilər!” mövzusunda vebinar keçirilib.
Məqsəd yol qəzalarında həlak olanların xatirəsini yad etmək, həlak olanların ailələrinə mənəvi dəstək olmaq, minlərlə uşağın həyatına son qoyan səssiz bəlanın ciddiliyini ictimaiyyətə çatdırmaqdır.
Vebinarda Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik leytenantı Mübariz Ağayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, 34 nömrəli tam orta məktəbin direktor müavini Nərmin İbrahimli, müəllimlər və valideynlər iştirak ediblər. 34, 45, 211, 244, 266 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən yol hərəkəti qaydaları dərnəyinin üzvləri, Heydər Əliyev adına liseyin şagirdləri də vebinara qatılıblar.
Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik leytenantı Mübariz Ağayev öz çıxışında bütün hərəkət iştirakçılarının maarifləndirilməsinin zəruriliyini qeyd etdi.
Uşaqlar vebinarda mövzu ilə bağlı nümayiş olunan sualları cavablandırdılar və orada səslənən hekayəyə münasibət bildirdilər. Fərqlənən uşaqlar “Mənim küçəm, mənim hüquqlarım” adlı sosial çarxda iştirak edəcəklər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















