Polis Akademiyasında andiçmə mərasimi keçirildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Bilik günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibəti ilə təntənəli mərasim keçirilib. Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Avtosfer.az xəbər verir ki, mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb. Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.
Tədbirin davamı olaraq 2024-2025-ci tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və ll dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş, habelə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara döş nişanları və qiymətli hədiyyələr təqdim edilib.
Sonra 2024-2025-ci tədris ilini “Əlaçı” döş nişanı ilə başa vurmuş 4-cü kurs kursantı Elbrus Abbasov çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə öz təşəkkürlərini çatdırıb. Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı Hacıalı Hacıyev çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib. Tədbirin davamında təntənəli marş sədaları altında şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.
Sonda Polis Akademiyasının şəxsi heyəti Bilik günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri həsr olunan fləşmob keçirib.
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
















