Polis bir ildə sürücülərə 80 milyon manatdan çox cərimə yazıb

2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas xətalar yol nişanlarının tələblərinə riayət edilməməsi, işıqforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsi ilə bağlıdır.
Bununla yanaşı, sürücülər dayanma və durma qaydalarının pozulması, icbari sığorta müqaviləsinin bağlanmaması, təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün də cərimələniblər.
Qeyd edək ki, 2017-ci ildə qaydaların pozulmasına görə cərimələrin məbləği 73,7 milyon manat təşkil edirdi və göründüyü kimi, 2018-ci ildə cərimələrin həcmi 11,9 milyon manat artıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












