Polis işğaldan azad edilən ərazilərdə də fəaliyyətini davam etdirir - FOTO

Novruz bayramı günlərində polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.
Avtosfer.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin istiqamətlər üzrə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilir. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, bayramla əlaqədar bütün ölkə ərazisində polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.








On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












