Polis rəisinin iştirakı ilə tədbir keçirildi - FOTOLAR

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbin, Binə qəsəbəsi 121 saylı tam orta məktəbin və Buzovna qəsəbəsi 8 saylı Sanatoriya tipli internat məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunmuş “Narkomaniya ümümbəşəri bəladır” və " Yol hərəkəti qaydalarına riayət edək" mövzusunda növbəti geniş profilaktiki və maarifləndirici tədbir keçirilib. Həmin tədbirlərdə Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev çıxışında yetkinlik yaşına çatmayanlar arasında hüquqa zidd əməllərin, digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını və həmçinin məktəbli uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına riayət etməsi, onlarda küçə və yollarda təhlükəsiz davranışın təbliğ edilməsi və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd edib.
Daha sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşları polis baş leytenantı Xəyalə Həsənova və polis leytenantı Aysel Abdullazadə çıxış edərək narkotik vasitələrin orqanizmə vurduğu fəsadlardan danışıb, uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə ediblər.
Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















