Polisi döyüb xəstəxanalıq etdilər -Bakıda - FOTO

Bakıda polis əməkdaşı hücuma məruz qalıb. Avtosfer.az xəbər verir ki, hadisə dünən 23:35 radələrində Yasamal rayonu, Dilarə Əliyeva küçəsi ilə İslam Səfərli küçəsinin kəsişməsində baş verib. Belə ki, Yasamal rayon Post Patrul Xidməti Bölüyünün polis nəfəri Məmmədov Vüsal İlqar oğlu piyada xidmət apararkən 3 nəfər şəxsin nalayiq söyüşlərlə asayişi pozuqlarını görüb. Onlara yaxınlaşraq iradını bildirib və qanuna riayət etməyə dəvət edib. Lakin həmin şəxslər ona məhəl qoymayaraq polis nəfərini nalayiq söyüşlərlə təhqir ediblər. Daha sonra ona hücum edərək döyüblər
Həmin şəxslərdən biri, Cəlilabad rayon sakini İmanov Seymur adlı şəxs yerdən küt alət götürərək (daş tamet) polis əməkdaşının sifətinə çırparaq onun huşunu itirməsi ilə nəticələnən zərbələr endirib. Huşunu itirərək anlaqsız vəziyyətdə qalan polis əməkdaşı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda o, DİN-ni hospitalında müalicə olunur. Cinayəti törədən şəxslər axtarışdadır. Polis əməkdaşının burnu qırılıb. Üz nahiyəsinin sol tərəfi ciddi əzilib. Kəsilmiş-deşilmiş yaraları var.
Faktla bağlı araşdırma aparılır.
Elmin
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi












