Polislər arasında keçirilən silahsız özünümüdafiə üzrə çempionat başa çatıb

Daxili işlər orqanlarının əməkdaşları arasında avqustun 29-dan start götürən silahsız özünümüdafiə üzrə çempionat başa çatıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətində təşkil olunan tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. O, şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədilə keçirilən yarışın əhəmiyyətini nəzərə çatdırıb.
Yarışda paytaxt qarnizonu ilə yanaşı, respublikanın Gəncə və Sumqayıt şəhər Baş Polis idarələrinin, rayon polis idarələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər.
On komandadan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışda ilk üçlükdə Bakı Şəhər Baş Polis İdarəsi, Daxili Qoşunlarının Baş İdarəsi və Əlahiddə Çevik Polis Alayının komandaları qərarlaşıblar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Munir Orucov, Mahir Əhmədov, Ehtiram Babayev və polis mayoru Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. O bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı, bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir, bu işdə onlara praktik kömək göstərmək məqsədilə yerlərdə təlim toplanışları keçirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












