Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTO
Şanlı ordumuz sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi ilə dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha sübut etdi. Düşməni peşiman edən mərd oğullarımız cəsarətlə Vətən uğrunda döyüşlərə atıldılar. Onların arasında döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da, güllə yarası alanlar da var.
Ürəyi Vətən eşqi ilə döyünən və düşmənin atdığı mərminin partlaması nəticəsində yaralanan oğullardan biri də 30 yaşlı Elvin Qurbanovdur. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində anadan olan Elvin “N” saylı hərbi hissədə xidmət edir. Döyüşün ilk günlərindən bir çox əhəmiyyətli döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. Ürəyi vətən eşqi ilə döyünən E.Qurbanov oktyabr ayının 6-da torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşdə mənfur düşmənin atdığı mərmi nəticəsində yaralanıb. Hal-hazırda xəstəxanada müalicə alır.
Mərd oğulların bu günlərdə ziyarətçiləri də az deyil. Onlar arasında Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, şöbənin şəxsi heyəti, eləcə də digər rayon sakinləri olublar. Elvin Qurbanova baş çəkənlər onunla fəxr etdiklərini bildirərək, azad olunan torpaqların sevincini yaralı igidlərimizlə birlikdə yaşayırlar. Daha sonra RPŞ-nin əməkdaşları Elvinin rayonun Aşağı Zeyid kəndinə yaşayan ailəsinə baş çəkərək, atası Mürvət kişinin qonağı olublar. Övladlarının mərdliklə vətən uğrunda döyüşündən fəxrlə danışan ataya belə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edən polislərimiz, onunla fəxr etdiklərini bildiriblər. Düşmənlə döyüşdə yaralanan digər bir əsgər isə Əlimusa Mehdiyevdir. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanan igidimiz Vətən müharibəsində iştirak etdiyi üçün öyünür. O da döyüşlərdə qolundan yaralanıb. Yarasının onu qorxutmadığını və heç bir ağrı hiss etmədiyini bildirir. Əksinə nə sual verilirsə gözləri gülür və sevinclə cavab verir: “Qələbə bizimdir!”.
Yaralı əsgərlərimizdən ürəkdolusu Qələbə sözünü eşitdikcə hər birimizin ürəyi fərəhlənir və yalnız dilimizə bir söz gəlir: “Eşq olsun Azərbaycanın mərd oğullarına. Yaşasın Müstəqil Azərbaycan!”.
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO











