“Polislərdən yaxa qurtarmaq üçün onları aldatdım” - “Sumqayıt”ın fubolçusu

“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Əli Babayev maraqlı açıqlaması ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, İsrail mətbuatına danışan futbolçu Azərbaycan polisi ilə arasında baş vermiş hadisədən danışıb: "Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və öz maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".
Babayev Bakıda xeyli taksi olduğunu bildirib: “Bakıda insanlardan çox taksi var. Bu xüsusi məqamdır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












