"Qarlı havada 7 qəzada 9 nəfər yaralanıb" - Sürücülərə və piyadalara TÖVSİYƏ

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. Məlumata əsasən, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib:
"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".
Sürücülərə tövsiyələr:
✅ Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin.
✅ Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın.
✅ Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.
Piyadalara tövsiyələr:
✅ Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin.
✅ Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin.
✅ Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.
Unutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hamımızın məsuliyyətidir!
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO












