Qayda pozan YPX əməkdaşına ciddi xəbərdarlıq edilib - VİDEO

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, yoxlamanın nəticələri barədə kollegial qurum olan siravi və kiçik rəis heyətinin yığıncağında geniş müzakirə aparılıb, həmin YPX əməkdaşına ciddi xəbərdarlıq edilib: “Həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunmasında əsas məqsəd, gələcəkdə eyni qəbildən olan qəbahətlərə yol verə biləcək digər əməkdaşlara da xəbərdarlıq etmək olub”.
Qeyd edək ki, ötən ay YPX avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.
Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












