Qubada polis profilaktik tədbirlər keçirib - FOTOLAR

Yol polisi 16 İyun 2026 15:06
Qubada polis profilaktik tədbirlər keçirib     - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti profilaktik tədbirlər keçirilib. Belə ki, konstruksiyasına qanunsuz dəyişikliklər edilən nəqliyyat vasitələri müəyyən olunub və həmin sürücülər barəsində müvafiq tədbirlər görülüb. 

Avtosfer.az xəbər verir ki, bununla yanaşı, tədbir zamanı piyadaların təhlükəsizliyi də diqqətdə saxlanılıb.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaq və avtomobillərin normativ tələblərə uyğun istismarını nəzarətdə saxlamaqdır.

Oxunub : 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh