DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.
Polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.
Görülən kompleks tədbirlər nəticəsində “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.
Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edib.
Nazirlik, eyni zamanda, məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO













