Karantin postunda mal-qara daşınan maşının baqajından adam çıxdı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin qaydalarını pozan sürücü ilə əlaqədar məlumat yayıb. İdarədən Avtosfer.az-a verilən məlumatda deyilir: "24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.
Namiq Musayev
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












