Səbail rayonunda polislər şagirdlərin qonağı oldular - FOTO

Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin təşəbbüsü ilə rayon ərazisindəki 132-134 saylı təhsil kompleksində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Zərərli vərdişlərə yox deyək!” mövzularında maarifləndirmə tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, şagirdlərlə görüşdə rayon İcra Hakimiyyətinin nümayəndələri, RPİ-nin veteranlar şurasının üzvləri, ictimaiyyət nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar da iştirak ediblər.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov çıxşında bu gün bəşəriyyəti narahat edən məsələlərdən birinin narkomaniya olduğunu bildirərək, “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəlanın hər il çoxlu sayda insanın ölümünə səbəb olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər gördüyünü, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərdiyini vurğulayıb.
Rəis narkomanlığın yayılmasına, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır.
9-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Elsevər Qədirov öz çıxsışında narkomanlıqla mübarizə üçün dövlət tərəfindən bütün lazımi addımların atıldığını, xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O deyib ki, valideynlər, pedaqoji heyət, ümumilikdə gənc nəslin tərbiyəsi ilə məşğul olan hər kəs bu işə öz töhfəsini verməlidir.
Tədbirdə çıxış edənlər gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyətini onlara hərtərəfli izah ediblər.
“Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı videoçarx nümayiş etdirilib, sonda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Emin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














