Şəki DYP "Diqqət uşaqlar" aylığı çərçivəsində tədbirləri davam etdirir - FOTO

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2020-ci ilin sentyabr ayının 5-dən, oktyabr ayının 5-dək respublika ərazisində "Diqqət uşaqlar" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verilib.
Şəki Dövlət Yol Polisi, uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə sentyabrın 17-də Şəki şəhəri 12 nömrəli tam orta məktəbdə, yol hərəkəti qaydaları barədə maarifləndirici tədbir keçirib.
Tədbir, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət etməklə açıq hava şəraitində və sosial məsafə gözlənilməklə təşkil edilib.Təhsil İşçilərinin və ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən, yol hərəkəti qaydaları barədə qısa məlumat verilib, məktəblilərin qaydaları ətraflı öyrənmələri üçün onların hər birinə "Piyadanın vəzifələri" yazılmış vərəqlər paylanılıb.
Tədbir zamanı, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə çıxış edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevdən məktəbin qarşısındakı piyada keçidinin (zebra xətti) yenilənməsini xahiş edib.Tədbirdən təxminən bir saat sonra, piyada keçidinin (zebra xətti) yenilənməsi təmin edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















