Şəki DYP xəbərdarlıq edir - FOTO
Koronavirus (COVİD-19) pandemiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Son günlər respublikamızın bir neçə rayonunda, o cümlədən Şəkidə koronavirusa yoluxmanın sayının artmasını nəzərə alaraq, bu sahədə aparılan profilaktiki tədbirlər daha da gücləndirilmişdir.Bundan əlavə, koronavirus infeksiyasına yoluxma hallarının çoxalması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bir neçə rayonda, o cümlədən Şəkidə xüsusi karantin rejimi bir qədər sərtləşdirilmişdir.Belə ki, 2020-ci il 14 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Sabirabad şəhərinə, Sabirabad rayonunun 4 kəndinə eləcədə Şəki şəhərinə və Şəki rayonunun Kiş kəndinə giriş-çıxışın dayandırılması məqsədi ilə həmin inzibati ərazi vahidləri üzrə sutkalıq fəaliyyət göstərən postlar yaradılmışdır.
Şəki Şəhər Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən verilən məlumata əsasən, qərarın icrasını təmin etmək üçün 4 yerdə postlar qurulub. Postlarda polislə yanaşı, Daxili Qoşunların əməkdaşları da xidmətə cəlb edilib. Xüsusi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edilir. Tibbi maskadan istifadə etməyən hərəkət iştirakçıları barəsində inzibati tənbeh tədbirləri görülür.
Hərəkət iştirakçılarına müraciət edirik ki, tibbi maskadan mütləq şəkildə istifadə etsinlər, özlərinin və digər şəxslərin həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar.
Məlumat üçün bildiririk ki, respublikamızın bir neçə rayonunda, o cümlədən Şəkidə 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaqdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












