Şəki yol polisi “Diqqət, uşaqlar!” tədbirlərini davam etdirir - FOTO

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerlərdəki müvafiq qurumların bu sahəyə xüsusi diqqət yetirmələri nəticəsində ölkədə nəqliyyat vasitələri sayının ilbəil artması fonunda yol-nəqliyyat hadisələrinin və qəzalarda ölənlərin sayının azalmasına baxmayaraq, 2019-cu ilin 8 ayı (yanvar-avqust) ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində xeyli azyaşlının həlak olması və xəsarət alması ciddi narahatlıq doğurur.
Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin 28 avqust 2019-cu il tarixli müvafiq göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev 2019-cu ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məktəblilərin maarifləndirilməsi, eləcə də onlara “Piyadanın vəzifələri”nin öyrədilməsi məqsədilə 17 və 18 sentyabr 2019-cu il tarixlərdə 4 şəhər məktəbində tədbir keçirib.
Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə “Piyadanın vəzifələri” yazılmış vərəqələr paylanıb.
Tədbirin yekununda, “Yol Hərəkət Qaydalarına Əməl Edək-Qəzalardan Uzaq Olaq” şüarı səsləndirilib.
Bu istiqamətdə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO

















