Şəki yol polisi məktəblərdə tədbirləri davam etdirir - VİDEO - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir, 22 fevral 2019-cu il tarixdə Şəki şəhəri, 12 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə, digər müəllimlər və VII - XI sinif şagirdləri iştirak ediblər.
Respublika ərazisində, 2018-ci il ərzində baş verən ümumi yol-nəqliyyat hadisələrinin 47.5%-ni piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin təşkil etməsinin Daxili İşlər Nazirliyində ciddi narahatçılıq doğurduğu qeyd olunub. Aparılmış təhlillər zamanı, yol-nəqliyyat hadisələrinin bəzilərinin məhz piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməsinin müəyyən olunduğu, bu səbəbdən də, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına zərurət yarandığı bildirilib.
Tədbir zamanı, şagirdlərə Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, piyadanın vəzifələri barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Piyadaların intizamının artırılmasına dair, maarifləndirmə tədbirlərinin rayonun bütün təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə, yol polisi tərəfindən keçirilən bu cür maarifləndirici tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO

















