Şəki yol polisi xəbərdarlıq edir: Velosipedçilər, ehtiyyatlı olun!

Respublikamızda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilmiş profilaktik tədbirlər nəticəsində 2020-ci ilin 6 ayı ərzində yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olanların və xəsarət alanların sayında azalma qeydə alınsa da, son vaxtlar velosipedçilərin iştirakı ilə baş vermiş qəzaların çoxluğu ciddi narahatçılıq doğurur. Təkcə cari ilin 6 ayında velosipedçilərin iştirakı ilə baş vermiş 21 yol - nəqliyyat hadisəsində 8 nəfər həlak olmuş, 21 nəfər isə xəsarət almışdır. Təhlil göstərir ki, qeyd olunan hadisələrin artımına , nəticələrinin isə ağırlaşmasına səbəb bir çox velosipedçinin qanunla müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmədən yol hərəkəti qaydalarını davamlı olaraq pozmaları, o cümlədən velosipedi yolun əks istiqamətində, hərəkət hissəsinin ortasında, xüsusən sutkanın qaranlıq vaxtlarında işıqlandırıcı vasitələrdən istifadə etmədən idarə etmələri olmuşdur.
“Yol hərəkəti haqqında” Azəraycan Respublikasının Qanununa uyğun olaraq velosipedi idarə edən şəxslər tərəfindən avtomobil yollarında texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə edilməsi, habelə onları xüsusi zolaqlar ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə idarə olunması, eləcə də idarə etməyə mane olan yük və ya sərnişin daşınılmaması ciddi nəzarətdə saxlanılacaqdır. Avtomobil yollarında velosipedi təhlükəsizlik dəbilqələrindən istifadə etmədən, eləcə də yolun əks istiqamətində, hərəkət hissəsinin ortasında və digər yol hərəkəti qaydalarını pozmaqla idarə edən şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görüləcəkdir. Ona görə də velosiped idarə edən şəxslərə müraciət edirik ki, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altında qoymamaq üçün qaydalara əməl etsinlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












