Şəmkirdə yol polisi azyaşlıların təhlükəsizliyi üçün bunları edir - FOTO

Yol polisi tərəfindən “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Şəmkir rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını nəzərə alaraq məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün mühüm işlər həyata keçirir. Belə ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Eyni zamanda bir sıra profilaktik söhbətlər aparılır.
Əsas hədəf olaraq azyaşlı yol hərəkəti iştirakçılarının iştirakı ilə yol qəzaların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin görülməsidir.
Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a o da bildirilib ki, dərs ili boyu qaydalar çərçivəsində şagirdlərlə mütəmadi olaraq təbliğat işi davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

























