“Səyyah Kitab” layihəsinə polislər də qoşuldu - FOTO

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi könüllüləri tərəfindən həyata keçirilən “Səyyah Kitab” layihəsinə Rayon Polis Şöbəsinin əməkdaşları da qoşulublar.
Onlar layihəyə dəstək olmaq məqsədi ilə, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin kitablarını könüllülələrə hədiyyə ediblər.
Layihə çərçivəsində 16.09.2020 - ci il və 18.09.2020 - ci il tarixlərində açıq havada təşkil olunan qiraət saatlarında həmkarlarımızın iştirakı gənclərlə yanaşı, rayon ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin rəhbəri Səbinə Hüseynzadə bildirib ki, təşəbbüsün məqsədi gənclər arasında kitabı sevdirmək, mütailəni təbliğ etməkdir. Bu məqsədlə, yeni kitablar alınmaqla yanaşı, ianə olaraq bədii kitablar da toplanır, rayonun mərkəzində və kəndlərdə açıq havada oxu günləri təşkil olunur.
S.Hüseynzadə onu da diqqətimizə çatdırdı ki, qiraət saatlarında rayon əhalisi, xüsusilə gənclər kitablarla tanış olur, karantin şərtlərinə riayət etməklə istədikləri kitabı seçir və mütaliə edirlər.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















