Sosial şəbəkələrdə hərbi məlumatları yayanlara - DİN-dən xəbərdarlıq
Yol polisi
3 Oktyabr 2020 22:56

Son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti, silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılması halları müşahidə edilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir: “Əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”.
Oxunub : 2656
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












