Sükan arxasında heç kim özünü aldatmasın! - Araz Əsgərlidən ÇAĞIRIŞ

Gün ərzində Bakı şəhərinin yollarında baş verən qəzaların araşdırılması onu deməyə əsas verir ki, sürücülər sürət həddinə düzgün nəzarət etmir. Sanki sükan arxasında olan sürücü yalnız radarların və digər texniki qurğuların olduğu yerlərdə məsuliyyətini qəbul edir bu da aydındır ki, inzibati protokoldan yayınmaq məqsədini güdür. Əks halda isə surət rejimini, digər qayda pozuntularını heçə sayaraq piyadalara, eləcə də yolladakı digər nəqliyyat vasitələrini idarə edən bütün hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. Nədənsə bəzi sürücülər qanunun tələbini onun mahiyyəti üzrə dürüst formada qəbul edib təhlükəsizliyi təmin etmək əvəzinə sanki özlərini aldatmağı və bu təhlükəli davranışları yalan üzərində qurmağı üstün tutur. Hesab edir ki, polisi və özünü aldatdısa deməli, sonu qeyri-müəyyən olan məqsədinə çatdı.
Yol hərəkəti qaydalarının pozuntularının əsasını təşkil edən məhz surət həddini aşmaqdır ki, bu da hər gün kiminin malına, kiminin sağlamlığına, kiminin isə həyatına son qoyur. Cərimələrdən yayınmaq təfəkkürü ilə yaşamaq isə məsuliyyətdən azad olmaq deyil. Ən böyük məsuliyyət özünə və ətrafa qarşı münasibətdə, şüurunda, vərdişində və nəticədə həyat tərzində köklü dəyişiklik etməkdir.
Sükan arxasında heç kim özünü aldadıb sonrakı peşmançılıqlarına təsəlli vermək üçün qəza və qədər kimi sözlərlə məsuliyyətsizliyinə bəhanələr uydurub özünə təskinlik, qurbanlarına isə təsəlli kimi sonrakı peşmançılğını təqdim etməyə çalışmasın çünki bəzi hadisələr qəza yox seçimdir. Seçim isə hər kəsin öz əlindədir.
Araz Əsgərli
Bakı şəhər DYPİ-nin baş inspektoru,
polis mayoru
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










