Sumqayıtda polislər bir ailəni ölümdən xilas etdi - FOTO

Hər gün ayrı-ayrı vətəndaşlardan Daxili İşlər Nazirliyinə çoxsaylı təşəkkür məktubları da daxil olur. Avtosfer.az xəbər verir ki, DİN son günlər aldığı məktublardan birini diqqətə çatdırıb. Bildirilir ki, Sumqayıt şəhər sakini Sahib Ağayev yazır ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər. H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapını polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.
Yanğınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi Hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polisləriə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












