Sürücü yol polisi əməkdaşı ilə birgə maşında şou göstərdi - VİDEO

Yol polisi ilə sürücünün etdiyi hərəkətin videosu sosial şəbəkədə gündəm olub. Avtosfer.az xəbər verir ki, sürücü avtomobilindəki YPX əməkdaşının gözü qarşısında avtoxuliqanlıq edib. Polis əməkdaşı mahnıya səs verib, sürücü isə mahnının sədaları altında həm asfalt üzərində təkərlərin sürtünməsi səsləri çıxarıb, həm də avtomobili fırladaraq müxtəlif şou göstərib.
İddialara görə, videodakı polis əməkdaşı sürücünün tanışıdır. Hadisə sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb və bir çoxu videonun Azərbaycanda çəkildiyini düşünüb. Lakin qeyd edək ki, görüntülər Özbəkistanda lentə alınıb. Çaşqınlıq yaranmasının səbəbi isə Özbəkistanın yol polisi forması ilə Azərbaycanın yol polisi formasının bir-birinə çox bənzəməsidir. Bu ölkədə yol polisi "Yol Patrul Xizməti" adlanır.
Fərid
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI












