Tarixçi alim yol polislərinə Xocalı ilə bağlı dərs keçdi - FOTO

Yol polisi 26 Fevral 2019 21:27 Oxunub 1827
Tarixçi alim yol polislərinə Xocalı ilə bağlı dərs keçdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Düşməni ocaq başında oturtmaq olmaz

Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov bildirib ki, Xocalı faciəsi ilk dəfə Ümummilli Lider Heydər Əliyevin iradəsi ilə öz hüquqi qiymətini alıb. Dünyanın bir çox dövlətləri bu soyqırımı rəsmi qaydada tanıyıblar. N.Səfərov bildirib ki, bununla belə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı xarici siyasət nəticəsində daha bir neçə ölkə bu faciəni soyqırımı kimi tanıyacaq və dünya birliyi bu faciəyə öz qiymətini verəcək. Bununla da ermənilərin törətdiyi vəhşilik cavabsız qalmayacaq. 
Polis polkovniki onu da bildiirb ki,  Xocalı faciəsi qurbanlarının, eləcə də Dağlıq Qarabağ münaqişəsi dövründə həlak olan insanların qanı yerdə qalmayacaq və bu, Ali Baş Komandanın yürütdüyü siyasətin başlıca xəttidir. 

Azərbaycan polisinin də Qarabağ müharibəsində fəal iştirakını qeyd edən İdarə rəisi bildirib ki, müharibə başlayarsa qisas alınmasında polis də səngərdə olacaq və ön cəbhədə döyüşəcək. 
Daha  sonra tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Xocalı soyqırımının  baş verməsinin səbəblərindən danışaraq qeyd edib ki, insanların müdafiəsiz vəziyyətindən istifadə edən azğın düşmən dinc əhaliyə qarşı vəhşilik törədib və bu, dünyada misli-bərabəri olmayan bir soyqırımı aktıdır. K.Məmmədov qeyd edib ki, ermənilər vaxtilə Azərbaycan torpaqlarına qul kimi gəlib və burda bəylərin, xanların  qulu kimi o torpaqlarda işləyiblər. Sonradan böyük imperiyaların marağı nəticəsində buralara geniş ayaq açan ermənilər  öz dövlətlərini qurublar. Bu gün də öz çirkin əməllərindən, iddialarından əl çəkmirlər.
Kərəm Məmmədov Xocalı faciəsinin soyqırımı kimi tanınmasının lazım olduğunu qeyd edərək dünya birliyinə səslənib və bildirib ki, soyqırımı həlak olan insanların sayı ilə ölçülmür, bu, insanların orada nə üçün qətlə yetirilməsini önə çıxaran bir məqamdır. Belə ki, Xocalıda soyqırımı etnik təmizləmə siyasəti nəticəsində baş verib və xüsusi amansızlıqla törədilib. Ona görə də tarix bu faciəyə öz qiymətini verməli və düşmən layiqli cavabını almalıdır. 
Tarixçi alim bildirib ki, ermənilər həmişə bizdən nəsə oğurlayıb, amma nə qədər oğurlasalar da Azərbaycanın sərvəti, mədəni irsi  tükənməzdir. 
O tarixi faktları yol polisi əməkdaşlarının diqqətinə çatdıraraq bildirib ki, vaxtilə Qriboyedov Rus Çarına məktub yazaraq  xahiş edib ki, erməniləri Rusiyanın mərkəzinə köçürməsin, çünki sonradan ermənilər sübut etməyə çalışacaq ki, bura onların dədə-baba torpaqları olub. "Bütün bunların sadalamaqda məqsədim odur ki, ermənilər daim başqa ölkələrə torpaq iddiasında oldub və bunlar tarix boyu öz təsdiqini tapmış faktlardır. Gürcüstana, Türkiyəyə, Azərbayana hətta Rusiyanın özünə belə zaman-zaman ermənilər torpaq iddiası irəli sürüb. Onların daim tərəfində dayanan Rusiyayaya da bu gün zərbə vurmağa hazırdırlar. Yəni ermənilər elə bir millətdir ki, onlara yaxşılıq üçün əlini uzatsan dirsəkdən qolunu kəsib apararlarlar.  Bu baxımdan biz tarixi unutmamalıyıq, onlarla barışığa getsək belə düşmənimizi tanımalıyıq. Çünki düşməni ocaq başında oturtmaq olmaz. Çünki ermənilər hiyləgərdir, xəyanətkardır. Mərd düşmənlə mübarizə aparmaq çox asandır amma hiyləgər düşmənlə mübarizə aparmaq çətindir. Onların nə vaxt nə edəcəyi bəlli olmaz  Bizim tariximiz var, kökümüz var, və biz qisas almaq məqsədilə yaxın vaxtlarda öz sözmüzü deyəcəyik."


Tədbirdə daha sonra  tarixçi alim – yol polisi əməkdaşlarının  suallarını cavablandırıb.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh