Təhlükəli manevrlər edib qəza riski yaradan sürücüylə bağlı araşdırma başladı - VİDEO

Göygöl rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 20-CK-440 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, hərəkətdə olan maşınları ötmək üçün gah sağa, gah da sola manevr edərək dəfələrlə qəza riski yaradıb. Bununla yanaşı sürücü yolu keçən piyadaları da təhlükəyə atıb. Digər kadrda isə o, əks istiqamətli yola çıxaraq qarşı tərəfdən gələn avtomobili vurmaqdan son anda yayınıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırmalara başlanılıb və sürücü barəsində tezliklə hüquqi qiymət veriləcək.
Nərmin
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO












