Təhsil Şöbəsinin müdiri nazirə və DYP rəhbərliyinə təşəkkür etdi - FOTO

Saatlı rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov Avtosfer.az saytına müraciət edib. O, yol polisinin məktəblərdə apardığı maarifləndirmə işləri və şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə görülən işlərdən danışıb. Seyidağa Kazımov bildirib ki, Saatlı rayon Təhsil Şöbəsi dəfələrlə müxtəlif tədbirlərin keçirilməsi, imtahan vaxtları olan zaman onların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımına müraciət edib. Tağımın əməkdaşları şagirdlərin imtahana aparılıb'-gətirilməsi zamanı onları müşayiət edib və təhlükəsizliyi təmin edirlər. Bundan əlavə məktəblərdə keçirilən maarifləndirmə tədbirləri uşaqlarda yüksək əhval ruhiyyə yaradıb, onlar yol hərəkəti qaydalarını öyrənməyə davam edirlər. Bütün bunları nəzərə alaraq Seyidağa Kazımov Daxili İşlər Naziri general polkovnik Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova və Yol Patrul Xidməti Alayının rəhbərliyinə öz təşəkkürünü bildirib.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













