Tələbəyə səhvən yazılmış protokol məsələsi həllini tapdı - DYP-dən AÇIQLAMA

Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü kimi 3 cərimə yazılması barədə məlumat yayılmışdı. Həmin məlumatla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az-a açıqlama verib. Açıqlamada bildirilir ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 915954 olan Hüseynov Məhəbbət Bakir oğlu idarə etdiyi “Daeweoo” markalı, 99 SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib olunub.
Lakin YPX əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 915964 olan Ucar rayon sakini Eminov Nurəddin Bəhlul oğlunun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Ucar rayon sakinin ünvanına gedib. Tələbə haqlı olaraq narazılığını bildirib.
Lakin təəssüflər olsun ki, o, ilk növbədə DYP-yə rəsmi qaydada müraciət etməkdənsə kütləvi informasiya vasitələrinə üz tutub. Bununla belə DYP həmin məsələni dərhal araşdırıb və texniki səhv aradan qaldırılıb. Yəni, əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb.
Cərimələr Hüseynov Məhəbbət Bakir oğlunun adına rəsmiləşdirilib və məsələ öz həllini tapıb.
Orxan
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi










