Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə - cərimə yazıldı

“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”. Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib. Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. “İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarəetməyə görə sürücülər 50 manat miqdarında cərimə olunur. Hər-hansı sürücü inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün müddətində avtomobili texniki baxışdan keçirməzsə yenidən inzibati məsuliyyətə cəlb olunacaq. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elekton kabinetlərindən əldə edə bilərlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












