"Velosipedçilərə çağırış edərək bildirmək istəyirəm ki..." - Vaqif Əsədov

“Bir daha sizin vasitənizlə bildirmək istəyirəm ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi yol hərəkəti haqqında qanunun tələblərini bilməli buna uyğun hərəkət etməyə üstünlük verməlidir”
Bunu Moderator.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bu istiqamətdə müəyyən problemlərin olduğunu bildirib:
“Velosipedçilərin avtomobil yollarında etdiyi qanunsuzluqlar yolverilməzdir. Biz də sizin vasitənizlə gecə-gündüz təbliğat aparmağa çalışırıq. Bu mövzuya toxunduğunuz üçün sizə təşəkkür edirik, çox sağ olun ki, bizə dəstək olursunuz. Ən azı oxucuların arasında təbliğat işinin gücləndirilməsiylə bağlı məsələ qaldırırsınız. Bir daha sizin vasitənizlə bildirmək istəyirəm ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi yol hərəkəti haqqında qanunun tələblərini bilməli buna uyğun hərəkət etməyə üstünlük verməlidir. Velosipedçilər də nizamlayıcı vasitələrin tələbləri üzrə və onlar üçün ayrılmış ərazilərdə, eləcə də təhlükəsizliyi təmin etmək şərti ilə, həmçinin idarə etdiyi velosipedləri üzərində təhlükəsizliyi təmin etmək üçün xüsusi texniki vasitələrlə təchiz etməklə idarə etməlidir. Təəssüflər olsun ki, bu tələblər velosiped idarə edənlər tərəfindən yerinə yetirilmir və nəticədə həm sürücülər əziyyət əziyyət çəkir, həm də dövlət yol polisinin fəaliyyəti ilə bağlı müəyyən nöqsanlar üzə çıxır.
Bəzən velosipedçilərin cərimələnməsi ilə bağlı cəmiyyətdə xoşagəlmız bir fikir formalaşır. Biz başa düşürük ki, velosipedçilər onlar üçün ayrılmış xüsusi zolaqla hərəkət etməlidir və onu da bilirik ki, hazırda bu zolaqlar azlıq təşkil etdiyindən, haqlı olaraq velosipedçilər tərəfindən müsbət qarşılanmır. Amma buna baxmayaraq ən azı mövcud vəziyyətə, şəraitə uyğun hərəkət edilməsinə nə deyirsiniz? Sözsüz ki, hər bir velosipedçi təhlükəsizliyi təmin etməklə, həm özünün təhlükəsizliyini təmin edir, həm də başqalarının hərəkətinə mane olmur. Bu gün velosipedlə hərəkət edənlərin sayı çoxdur və bu yaxşı haldır, əlamətdir, ekologiyanın qorunması, süni sıxlığın qarşısının alınmasıdır, amma tələblərin düzgün yerinə yetirilməməsi velosipedçilərin vurulması ilə nəticələnir və bu da ürək ağrıdır. Bir daha velosiped idarə edənlərə çağırış edərək demək istəyirəm ki, çalışsınlar yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etsinlər”.
Qeyd edək ki, Kürdəmirdə yük maşını 19 yaşlı velosipedçini vuraraq öldürüb.
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR











