Velosipedçilərin nəzərinə! Yol polisi xəbərdarlıq etdi!

Son zamanlar Bakıda və ölkəmizin diqər şəhərlərində velosipedçilərin sayı artmaqdadır.
Təəssüflər olsun ki, bəzi velosiped sürücüləri hərəkət edərkən təhlükəsiz qaydalara riayət etmiyərək kobud şəkildə qayda pozuntulara yol verilər. Bununla bağlı biz Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyevə müraciət etdik.
Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a verdiyi açıqlamasında bildirib ki, velosiped sürücüləri ciddi şəkildə yol hərəkəti qaydalarına riayət etməli, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət etməlidirlər.
Polis polkovnik-leytenantı qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində göstəlilib ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.
Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır".
Rüfət Quliyev bildirib ki, “Velosiped sürən şəxs unutmamalıdır ki, sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən, işıq qaytarıcı vasitələrdən istifadə etməli, sükanı saxlamalı, əyləci, təkərləri qaydasında olmalı və təbii ki, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalıdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












