Vilayət Eyvazov onu “Bandotdel”ə rəis TƏYİN ETDİ

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub. Avtosfer.az strateg.az-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.
Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. Ali pedaqoji və ali hüquq təhsilinə malikdir, polis sistemində ən savadlı kadrlardan biri kimi qəbul olunur, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib. 1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.
Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO










