Vilayət Eyvazovdan bir neçə polis idarəsi ilə bağlı-YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib. Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.
Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.
Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə oxu.az-ın sorğusuna cavab olaraq təyinatları təsdiq edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












