Xətai yol polisi Baş DYP İdarəsinin göstərişinə əməl etmir - ŞİKAYƏT
Yol polisi
26 Avqust 2020 16:18

Bakıda beş ay öncə baş verən qəzaya görə yol polisi hələ də vətəndaşa arayış təqdim etmir. “Qafqazinfo”ya müraciət edən Erkin Həsənli bildirib ki, martın 28-də Xətai rayonunda hərəkətdə olarkən yolun sağında qəza işıq siqnalını yandırıb dayanmış “Mitsubishi” markalı 99 VM 857 nömrəli avtomobilin sürücüsü qəfildən yola çıxaraq onun qarşısını kəsib: “Mən sağ zolaqda qaydaya uyğun olaraq hərəkət edirdim, həmin maşının qəfildən qarşıma çıxması ilə qəza baş verdi. Mənim idarə etdiyim “BMW” markalı 90 SZ 702 nömrəli maşın “Mitsubishi” markalı avtomobilə dəydi. Xətai rayon yol polisinin əməkdaşı qəzaya mənim səbəb olmağım haqda qərar çıxardı. Lakin mənim şikayətimdən sonra məsələ araşdırıldı və qərar verildi ki, qəza qarşı tərəfin təqsirinə görə olub. İndi isə kobud pozuntuya yol verən Xəta polisi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun göstərişinə əməl etmir. Onlar mənə bu barədə arayışı verməlidirlər ki, mən onu sığorta şirkətinə təqdim edərək maşınımı düzəltdirim. Lakin dəfələrlə müraciət etsəm də, heç bir əsaslı səbəb olmadan arayışı verməkdən imtina edirlər”.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun məktubunda qeyd edilib ki, Xətai RPİ Dövlət yol polisi şöbəsinin əməkdaşı A.Piriyevin tərtib etdiyi protokol və inzibati tənbeh haqda qərara xitam verilib. Digər sürücü M.Seyidovu barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün Xətai RPİ-yə göstəriş verilib.
Oxunub : 4950
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












