Yasamalda reyd - Cəriməsini ödəməyən 25 sürücü saxlanılıb

Bu gün Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.
Avtosfer.az xəbər verir ki, Trend-in əməkdaşının iştirak etdiyi profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Cahangirov bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 25 avtomobil müəyyən edilərək saxlanılıb:
"19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib. Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.
Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 36 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdır. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki, apardığımız maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR
Mağazadan pul və tütün məmulatları oğurlayan şəxs SAXLANILDI - VİDEO
Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO
108 ildir insanların və gələcəyin keşiyində... - VİDEO
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO










