“Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” - FOTO

Aprelin 16-da Zərdab rayon Polis şöbəsinin və Zərdab Gənclər evi SXM-in təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” mövzusunda təlim keçirildi.
Avtosfer.az xəbər verir ki, tədbirdə Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi , polis polkovnik leytenantı Seymur Əsədov, Zərdab rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi polis mayoru Murad Asifoğlu, Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı Rəvan Cəbrayılov, Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Taleh Yaqubov və Zərdab Gənclər evinin metodisti Toğrul Abulov çıxış edərək yeniyetmə və gənclərin yol hərəkəti qaydaları haqqında bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasının əhəmiyyətindən, baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyindən bəhs etdilər.
Sonda tərəfindən mövzuya uyğun hazırlanmış maarifləndirici slayd nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.











Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










