"Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" tədbirlər davam etdirilir - FOTO - VİDEO

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlər çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nizami rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru Malik Manafov, Nizami rayon Polis İdarəsinin bölmə rəisi, polis moyoru Natiq Yusubov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdür müavini Bəhmən Hüseynov, Nizami RPİ-nin Veteranlar Şurasının üzvü Fərhad Bağırov, məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə məktəblilərin yol hərəkəti təhlükəsizliyi, qaydalar, yol nişanları və s. özündə ehtiva edən səhnəciklər nümayiş olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq yol polisi ümumtəhsil ocaqlarında da müxtəlif layihələr həyata keçirir. Əsas məqsəd məktəblilərin maarifləndirməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.
Daha sonra şagirdlərə müxtəlif suallar verən Vaqif Əsədov onlara sadə şəkildə yol hərəkəti qaydaları barəsində də müxtəlif məlumatlar verib. Fərqlənən məktəblilərə medallar, Fəxri fərmanlar və "İnci" şirkəti tərəfindən təqdim olunan məktəbli ləvazimatları hədiyyə olunub.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















