Yol polisi 1 yaşlı körpənin həyatını xilas etdi - FOTO

Bu gün saat 20:00 radələrində Sumqayıt şəhərində yaşayan Dadaş Zeynalzadənin bir yaşlı qızı Mələyin evdə üzərinə qaynar su tökülməsi nəticəsində ağır yanıq xəsarətləri alıb. Avtosfer.az xəbər verir ki, valideynləri onu şəxsi avtomobilləri ilə xəstəxanaya çatdırmaq istəyərkən maşın Masazır körpüsünün yanında texniki nasazlıq ucbatından dayanıb.
Bu zaman ərazidə xidmət aparan 99 YP 687 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan polis baş serjantı Rövşən Camalova yaxınlaşan Dadaş Zeynalzadə ondan kömək istəyib. Yol polisi əməkdaşı heç bir tərəddüd etmədən ailəni xidməti avtomobilə mindirərək qısa müddətdə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırıb.
Həkimlərin ilkin müdaxiləsi zamanı uşağın ayağını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altındadır.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












