Yol polisi Astarada hərəkətə keçdi: yeni dərs ili ilə əlaqədar - FOTO

Astarada Dövlət Yol Polisi əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə başlanılıb.
Nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması polisin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Astara RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi işlə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. Eyni zamanda bu istiqamətdə dövlət yol polisi əməkdaşları tərəfindən uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları üzrə açıq dərslərin və digər zəruri maarifləndirici aksiyaların keçirilməsi də nəzərdə tutulub.
Elmin
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi











