Yol polisi Astarada reyd keçirib - FOTO

Astara rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşımada təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində profilaktiki tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, oktyabrın 8-də Astara şəhəri ərazisində təşkil olunan növbəti belə profilaktiki tədbir zamanı bir sıra kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıq quraşdırılmış, müvafiq xidmət üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanıb. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olduqlarına baxmayaraq, gündəlik olaraq zəruri tibbi müayinədən keçməyən sürücülər də müəyyən olunub. Sadalanan faktlarla bağlı həmin sürücülər haqqında qanuna müvafiq tədbirlər görülüb.
Tədbir zamanı sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar bir daha izah olunub. Bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılmaqla növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl mütləq tibbi müayinədən keçməlidirlər.
Yol polisinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.
Namiq
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi













