Yol polisi Bakıda bütün məktəblərdə təbliğata başladı - FOTOLAR

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə əlaqədar təbliğat işlərinə start verilib. Avtosfer.az xəbər verir ki, bu məqsədlə bütün təhsil müəssisələri yol polisi tərəfindən nəzarətə götürülüb və tədbirlər keçirilir.
Sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək təhlükəsizlik aylığı zamanı DYP əməkdaşları şagirdlərlə profilaktiki söhbətlər apararaq koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə məktəblərdə və ictimai nəqliyyatda, eləcə də dayanacaqda sosial məsafənin gözlənilməsinin vacibliyini qeyd edirlər. Eyni zamanda, yol hərəkəti qaydalarını izah etmək üçün valideynlərlə təbliğat xarakterli görüşlər keçirilir.
Bu gün Bilik Günü münasibətilə bütün orta məktəblərdə yol polisi əməkdaşları da tədbirlərə qatılıb. Bakıdakı 20 nömrəli məktəbdə keçirilən tədbirə qatılan Bakı şəhər DYP-nin inspektoru, polis baş leytenantı Pərvanə Muradova şagirdlərlə fərdi söhbət aparıb, eyni zamanda valideynlərlə görüşərək tövsiyyələr verib. Bildirib ki, azyaşlı uşaqlar daimi valideyn nəzarətində olmaqla yollarda hərəkət etsə daha təhlükəsiz olar. Bununla yanaşı, DYP zabiti hesab edir ki, valideynlər uşaqlara yol hərəkəti qaydalarını izah etməlidir. İlk növbədə isə valideynlər özləri nümunə göstərərək uşaqların yanında yol hərəkəti qaydalarına əməl etməlidirlər ki, uşaqlar da bunu qavrasın.
Qeyd edək ki, Bakı şəhər DYP-nin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müayinələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də nişanlanma xətləri çəkilib.
Bununla da məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib, şagirdlərin məktəbə gəlib-gedərkən sosial məsafənin qorunması üçün müvafiq dayanma xətləri çəkilib.
Bütün bu işlər, eyni zamanda təbliğat xarakterli görüşlər dərs ili boyunca davam etdirləcək.
Elmin
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK





























