Yol polisi Binəqədidə maarifləndirici aksiyalar keçirib - Qayda pozanlar var - VİDEO - FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirir.
Avqust ayının 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.
Tədbir çərçivəsində bu gün Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbir keçirib. Avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan biraz artıq olan sürücülərə isə xəbərdarlıq edilib.
Yol polisi əməkdaşları sürücülərə tövsiyə edib ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.
Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati təcrübə üzrə inspektoru, polis leytenantı Pərviz Allahverdiyev Avtosfer.az-a bildirib ki, "Təmiz hava" aylığı başlayandan mütəmadi olaraq tədbirlər həyata keçirilir. "Gün ərzində 50-dək sürücü saxlanılır, onlarla maarifləndirici söhbətlər aparılır, bəzilərinə inzibati qaydada protokol tərtib olunur. Sürücülərə izah edilir ki, zərərli qazların miqdarı normadan artıq olduqda bu həm onların, həm ailə üzvlərinin, həm də digər vətəndaşların səhhəti üçün təhlükəlidir."
Rayon ərazisində həmçinin yük maşınlarına qarşı da reyd keçirilib. Belə ki, Dərnəgül yolunda yerləşən tikinti materialları bazarına gedən yol Binəqədi rayonu ərazisindən keçir. İstər xarici ölkələrdən, istərsə də yerli şirkətlərdən sürücülərin həmin bazara daşıdığı yüklər bəzən yükdaşıma qaydalarının pozulması ilə daşınır. Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qayda pozuntusuna yol vermiş sürücülər barəsində qanuni tədbirlər görürlər. Bu isə həm həmin sürücülərin, həm də tikinti bazarında ticarətlə məşğul olan bəzi iş adamlarının maraqlarına uyğun gəlmədiyi üçün onlar müxtəlif zamanlarda Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin ünvanına əsassız ittihamlar səsləndirirlər. Apardığımız araşdırma və keçirilən reydlər də məlum oldu ki, bəzi sürücülər barəsində tərtib olunmuş protokollar heç də əsassız deyil. Çünki onlar həm yükdaşıma qaydaları pozur, həm də nasaz yük maşınları ilə günün istənilən saatında digər küçələrə daxil olmağa çalışırlar.
Qeyd edək ki, tədbirlər ayın sonuna qədər davam etdiriləcək.
Elməddin Muradlı
Orxan Əli
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO























