Yol polisi bu sürücülərlə bağlı hərəkətə keçdi - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub. Avtosfer.az xəbər verir ki, velosiped və moped sürücüləri əməl etməli olduqları tələbləri bir daha xatırlamaları və yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Abşeron rayonu, Masazır, Xırdalan və Binəqədi qəsəbələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər yol hərəkəti iştirakçılara təqdim olunub.
Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, velosiped və moped sürücülərinə bir daha yol hərəkəti qaydalarına riayət etmələrini, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı tövsiyə etmişlər. İdarə etməyə mane olan yük daşınmamalı, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalı və hərəkətdə olarkən telefondan istifadə edilməməlidir.
Bu cür profilaktik maarifləndirilmə tədbirləri bütün ölkə ərazisində davam etdirilir.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















