Yol polisi çağırış etdi: Hər şey cəbhə üçün, VƏTƏN üçün

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır. “Belə ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatçılıq doğurur. Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşurutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın. Sərnişinlər də bu tələblərə ciddi riayət edərək, öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, sünüi sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsuilə avtobus duracaqları zəbt edilməməlidir.”
Bölmə rəisi ölkəmizdə tətbiq olunan komendant saatı ilə bağlı da müraciət edib. Bildirib ki, sürücülər vaxtı elə tənzimləməlidir ki, 21:00-dək öz evlərində ola bilsinlər. “Çünki bu hüquq mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulamsı və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır.”
Vaqif Əsədov bir daha sürücüləri verilən tövsiyyələrə ciddi əməl etməyə çağırıb. “Bu gün ölkəmiz müharibə vəziyyətidir. Odur ki, hər şey cəbhə üçün, VƏTƏN üçün əsas şüarımız olmalıdır.”
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












