Yol polisi daha bir qaçırılmış avtomobili saxladı - FOTO

Azərbaycanda daha bir qaçırılmış avtomobil yol polisi tərəfindən aşkarlanaraq sahibinə qaytarılıb. Avtosfer.az xəbər verir ki, avqustun 25-də 10 DB 240 dövlət nömrə nişanlı, VAZ 2109 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Masallı rayonundan oğurlanan avtomobil Bakı istiqamətində hərəkət edir. Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, komandir əvəzi, polis kapitanı Namiq Əzizovun rəhbərliyi və YPX baş inspektoru Bakir Həsənov, polis kapitanı Elçin Orucov və polis serjantı Məhəmməd Şeyxovun daxil olduğu əməliyyat qrupu avtomobili saxlamağa müvəffəq olub. Avtomobilin sürücüsü Zaur Fətullayev və avtomobildə olan 4 sərnişin saxlanılaraq Qaradağ rayon 38-ci polis bölməsinə təhvil verilib.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












