Yol polisi dərs ilinin başlaması ilə əlaqədar hamıya müraciət ETDİ

DİN Baş DYP İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə bildirilir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-də orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı ehtimal olunur.
Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına, ictimai nəqliyyat vasitələrindən istifadə edən valideynlər isə tövsiyə olunan sosial məsafəni saxlamala tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər:
"Ümid edirik ki, azyaşlıların təhlükəsizliklərinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək", - deyə DYP bildirib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












