Yol polisi əməkdaşının cəriməsi başqa sürücüyə göndərildi - VİDEO

Yüksək sürətlə hərəkət edən başqa sürücünün cəriməsi Ucar sakininə göndərilib. Sonradan cərimənin yol polisinə aid olduğu məlum olub.
Qəhrəman Məmmədov 18 il əvvəl aldığı “VAZ-2106” markalı minik maşınını bu günə qədər etibarnamə ilə idarə edib.
Onun sözlərinə görə, bir il öncə qardaşına etibarnamə verib. Bundan sonra onun mobil telefonuna Bakı-Quba magisrtal yolunda sürət həddini aşdığına görə radara düşməsi ilə bağlı mesaj gəlib. Qəhrəman Məmmədov bundan sonra Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinə yaxınlaşıb. Araşdırma zamanı məlum olub ki, cərimə yol polisə məxsusdur.
Qəhrəman Məmmədovun sözlərinə görə, başına gələnlər bununla bitməyib. Yenidən onun cərimələndiyi məlum olub. Amma bu dəfə araşdırma üçün müraciət etsə də, cəhdləri boşa çıxıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol İdarəsi ilə əlaqə saxladıq. İdarənin inspektoru Elvin Hacıyev bildirdi ki, yol verilən qayda pozuntusu xususi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yalnış qərar çıxarılıb: Məsələ tərəfimizdən araşdırılaraq texniki xəta aradan qalıdırılıb”.
Daha ətraflı videomaterialda:
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












