Yol polisi hamilə qadını xəstəxanaya çatdırdı - Uşağa onun adını qoydular - VİDEO

Bakıda doğuşa gedən qadını xəstəxanaya YPX avtomobili ilə aparıblar. Avtosfer.az xəbər verir ki, baku.ws-in oxucusu olan Vasili adlı şəxs həyat yoldaşını xəstəxanaya çatdırmaq üçün polislərdən kömək istəyib. 26 fevral tarixində tədbirlərlə əlaqədar olaraq Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Vasili YPX əməkdaşlarına müraciət edib.
Ona yolun ən tez 15-20 dəqiqəyə açılacağı bildirilib. Ancaq gözləmək imkanı olmadığını deyən Vasili həyat yoldaşını təcili xəstəxanaya çatdırmalı idi. Polislərdən biri köməklik edəcəyini bildirib. Fuad adlı serjant 440 dövlət nömrə nişanlı YPX avtomobili ilə xanımı və həyat yoldaşını Mərkəzi Neftçilər Xəstəxanasına çatdırıb. Polisin bu nümunəvi addımından sonra Vasili çox təsirlənib. Vətəndaş dünyaya gələn oğluna polisin adını qoyub.
Avtosfer.az xəbər verir ki, Fuad Rəsulov Bakı şəhər DYP-nin 8-ci tağımının əməkdaşıdır. O, həmin gün Yusif Səfərov küçəsində xidmətdə olan zaman hamilə qadının həyat yoldaşı ilə birlikdə piyada getdiyini görüb və onlara necə kömək edə biləcəyəni soruşub. Vətəndaş xəstəxanaya çatdırılmağı xahiş etdikdən sonra DYP əməkdaşı xidməti maşınla onları xəstəxanaya aparıb. Görüntüləri təqdim edirik:
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












